Ötən əsrin 90 - cı illərində dağılmaq təhlükəsi ilə üzləşən, yaranmış xaos, hərc - mərclik dönəmində torpaqlarının 20 faizini itirmiş Azərbaycan, artıq 2020 - ci ildə güclü iqtisadiyyatı, güclü siyasi mövqeyi və güclü ordusu olan möhtəşəm bir dövlətə çevrilmişdi. 30 il düşmən tapdağında qalan torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışan ölkə rəhbərliyi işğalla heç bir vəchlə barışmır, ərazilərimizin nəyin bahasına olursa olsun geri qaytarılmasında israrlı idi. Ancaq azğınlaşmış mənfur düşmən, nəinki torpaqları geri qaytarmaq haqqında düşünür, hətta özünü ərköyün uşaq kimi aparır, yeni ərazilərimizi işğal etmək fikrində olduqlarını açıq - aşkar bəyan edir, müxtəlif sərsəm bəyanatlar verməklə bizləri qıcıqlandırmaqla məşğul idi. Artıq səbr kasası da dolub daşmaqda idi. 27 sentyabr 2020 - il tarixdə düşmənin növbəti təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şanlı ordumuza vur əmri verdi. Əks hücuma keçən ordumuz qısa zaman kəsiyində mənfur düşməni torpaqlarımızdan qovmğa, bir - birinin ardınca ərazilərimizi düşmən işğalından azad etməyə başladı. Düşmənin keçilməz saydığı müdafiə xətti müasir silahlarla silahlanmış Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Rəşadətli Azərbaycan əsgəri qarşısında erməni quldur dəstələri olduqca misgin vəziyyətə düşdü. Ölkə Başçısı müharibə zamanı bütün görüşlərdə qeyd edirdi ki, əgər düşmən artıq qan tökülməsini istəmirsə, təslim olub, yerdə qalan ərazilərimizdən qeyd - şərtsiz çıxmaları barədə sənədə imza atsınlar. Əks təqdirdə dayanacağımız son məkan İrəvan olacaqdır. 2020 - ci ilin 08 noyabrında şanlı Azərbaycan ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Baş Tacı olan Şuşa şəhərini erməni faşistlərindən azad etdi. Bu hadisə Azərbaycan tarixinə qızıl hərflələ yazıldı. Noyabr ayının 9 - da isə, Azərbaycan ordusu artıq Xankəndi şəhərinin 2 kilometrliyində idi. Düşmən ordusunun 2 minə yaxın şəxsi heyəti mühasirəyə salınmışdı. 10 noyabr 2020 -ci il tarixdə mənfur düşmən kpitulyasiya aktına imza atmağa məcbur oldu. Bu münasibətlə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası rəhbərlərinin iştirakıyla üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən ilk növbədə erməni hərbi birləşmələri Azərbaycan ərazisini keçmiş Dağlıq Qarabağ ərazisi ə daxil olmaqla tərk etməli idi. Daha sonra Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonları ordumuzun nəzarətinə keçməli idi. Ölkəmiz Üçtərəfli bəyanatda nəzərdə tutulmuş bütün maddələrə qeyd - şərtsiz əməl etməyə başladı. Lakin işi - gücü riyakarlıq olan Ermənistan, yenə də öz ənənələrinə sadiq qalaraq, bəyanatda nəzərdə tutulmuş 3 rayonu Azərbayacana qaytarmaqdan başqa, yerdə qalan heç bir müddəanı yerinə yetirmədi. Hal - hazırda da Ermənistanın günahı ucbatından bu bölgədə dayanıqlı sülhə nail olmaq mümkün olmamışdır. Yenə də müxtəlif xülyalarla yaşyan, revanşist mövqe sərgiləyən Ermənistan, bəzən kənardan təlimat almaqla danışıqlar prosesini ləngitməyə və bu ləngimədən özünə bir pay çıxarmağa çalışır. Bu ilin sentyabr ayının 12-si və 13 - ü tarixlərində Ermənilərin Kəlbəcər royonu ilə sərhddə törətdikləri təxribatlar nəticəsində 80 nəfər əskər və zabitimizi itirdik. Lakin Azərbaycan ordusu ermənilərə yenə də erməni faşistlərinə layiqli ərs verib, onarı Ermənistanın dərinliklərinə doğru çəkilməyə məcbur etmişdir. Noyabrın 8 - də Zəfər Günü münasibətilə öz ailə üzvləri ilə birlikdə Şuşada olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordumuzun Şuşanın ləyaqətsiz düşməndən geri alınmasında göstərdikləri qəhrəmanlıqlardan geniş söhbət açmışdır. Eyni zamanda Prezident vurğulamışdır ki, biz üçtərəfli bəyanatdan irəli gələn, üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirmişik. Ermənistan isə heç bir bəndi doğru düzgün yerinə yetirməmişdir. Zəngəzur dəhlizinin açılmasını, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləngitməklə Ermənistan əslində bölgədə sülhün bərqərar olmasına maneçilik törədir. Ölkə başçısı çıxışı zamanı Ermənistana xəbərdarlıq edərək bizim də səbrimizin bir hüdudu olduğunu onların nəzərinə çatdırmışdır. Ələddin Əhmədov, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi